Azərbaycan ərazisində COVID-19 testləri aparan bütün laboratoriyalar E-təbib sisteminə bağlıdır

Azərbaycan ərazisində COVID-19 testləri aparan bütün laboratoriyalar E-təbib sisteminə bağlıdır

“Azərbaycanda COVID-19 virusunun testlərini həyata keçirən bütün laboratoriyalar E-təbib sisteminə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Naxçıvanda fəaliyyət göstərən laboratoriyalar da həmçinin eyni sistemə bağlıdır: “Pandemiya ilə mübarizəyə Naxçıvanın blokada olması da müsbət təsir edib”.

Mənbə: apa.az