“Hummer”, “Cadillac” və “Chevrolet” kimi məşhur modelləri ilə tanınan ABŞ-ın “General Motors” avtomobil şirkəti 2025-ci ilə qədər elektromobil bazarında möhkəmlənmək istəyir. Bildirilir ki, şirkət yaxın 5 ildə 30 növdə elektromobil modelini satışa təqdim etməyi planlaşdırır. Kompaniya bu məqsədlə elektromobil istehsalı sahəsindəki investisiyalarını 2025-ci ilin sonuna qədər 20 milyarddan 27 milyard dollara qədər artırdığını açıqlayıb.
Xəbəri “Autoua.net” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Mənbə: xalqqazeti.com