Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Norihisa Tamura koronavirusla bağlı əhaliyə xəbərdarlıq edib.
Redaktor.az bildirir ki, nazir qış aylarında yoluxmanın artacağını bildirib:
"Qışda yoluxmalar artır. Ən pis vəziyyətə hazır olmalıyıq. Ağır xəstələrimizin sayının 500-ə yüksəlməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirir".
Qeyd edək ki, son sutkada Yaponiyada 41 nəfər koronavirusdan dünyasını dəyişib.
Orxan İsmayıl / Redaktor.az
Mənbə: redaktor.az