Koronavirusdan ÖLƏN VƏKİLİN SON PAYLAŞIMI- FOTO

Koronavirusdan ÖLƏN VƏKİLİN SON PAYLAŞIMI- FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.

Bildirilir ki, A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Sonxeber.az mərhum vəkilin sosial şəbəkələrdə yayılan son "Facebook" paylaşımını izləyicilərlə bölüşür:

"İki gündü "Facebook" un xəbərlər lentində şəhidlərimiz barədə yazılar, şəkillər paylaşılır. Üzlərindən nur tökülən, təbəssüm yağan əksəriyyəti gənc olan bu insanların şəkillərinə baxdıqca adamın ürəyi parçalanır. Bəzi paylaşımlar ayrı-ayrı rayonlardan olan şəhidlər barəsində siyahılardır. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Fikirləşirəm ki, nə qədər ağır və acı olsa da ləngitmədən bütün şəhidlərin adları açıqlanmalıdır və tanınmaq onların haqqıdır. Onları tanıyıb layiq olduqları qiyməti vermək dövlətin və bizim borcumuzdur.

Müharibə iştirakçılarının siyahısının açıqlanması onların adının əbədiləşdirilməsi üçün ilk adddım olardı.

Bizə gəlincə canından keçə bilməyənlər, heç olmazsa malından-pulundan keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə maddi dəstək verməklə onlara olan borcumuzdan azacıq da olsa çıxa bilərdik".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az