Uşaqlara son 6 ildə qoyulan adlar: Dini adlar siyahıya liderlik edir – BİZİM TƏQDİMAT

Uşaqlara son 6 ildə qoyulan adlar: Dini adlar siyahıya liderlik edir – BİZİM TƏQDİMAT

Xəbər verdiyimiz kimi, ötən il Türkiyədə doğulan körpələr içində oğlan uşaqlarına qoyulan ən populyar ad Yusif, qız uşaqlarına verilən ən məhşur ad isə Zeynəbdir.

Dünyaya gələn 7540 oğlana Yusif, 6236-na Miraç, 6222-nə Eymən adı qoyulub.

Yeni doğulan qız uşaqlarından 11179-na Zeynəb adı verilib. 7316 qızın adı Elif, 6335-in ismi isə Dəfnə qoyulub. 2020-ci ilin populyar oğlan adları sırasında Ömər, Asəf, Kərəm, Alparslan, Mustafa, Həmzə, Ali Asəf də var.

Qız uşaqlarına isə daha çox Aysel, Nehir, Esləm və Asiyə adı qoyulub.

Maraqlıdır, Azərbaycanda son 6 ildə ən populyar adlar hansılar olub?

Cebhe.info bununla bağlı araşdırma aparıb.

*2015-ci ildə 3054 oğlan Yusif adlandırılıb.

İlk altılıqda yer alan adların sırasında Əli (13953), Hüseyn (13925), Məhəmməd (8922) və Ömər (8497) var.

Doğulan qız uşaqlarına isə Zəhra adı daha çox verilib - 19405. Belə ki, 2015-ci ildə doğulan 3016 körpəyə valideynləri bu adı veriblər.

*Azərbaycanda 2016-cı ildə doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.

*2017-ci ildə doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

*2018-ci ildə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulub.

Həmin il Azərbaycanda 2 505 oğlana Yusif, 2 129 oğlana Əli, 1 929 oğlana Hüseyn, 1 569 oğlana Ömər, 1 381 oğlana Məhəmməd adı qoyulub.

2018-ci ildə oğlanlara çox qoyulan adlar sırasında Murad, Uğur, Ayxan, Tunar, İsmayıl və s. də olub.

2018-ci ildə 2 515 qıza Zəhra, 1 700 qıza Nuray, 1 408 qıza Fatimə, 1 604 qıza Zeynəb, 1 610 qıza Aylin, 1595 qıza Məryəm adları verilib.

*2019-cu ildə yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Həmin il ərzində 2231 uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad 2259 körpəyə qoyulub. Həmin il 2055 uşağa Əli, 1767 uşağa Hüseyn, 1424 uşağa Nuray, 1321 uşağa Fatimə, 1555 uşağa Zeynəb, 1429 uşağa Aylin, 1306 uşağa Ömər və 1453 uşağa isə Məryəm adı qoyulub.

*2020-ci ilin ilk 6 ayında yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır.

Göründüyi kimi, ölkəmizdə son 6 ildə ən çox verilən oğlan adları siyahısına Yusif, qız adları siyahısına Zəhra adı liderlik edir. Həmçinin, digər adların da dini adlar olması diqqəti çəkən məqamlardan biridir. Ailələr yeni doğulan körpələrinə daha çox İslamla bağlı adları verməkdə maraqlı olurlar. Bu da verilən statistikada öz əksini tapır.

Naibə

Mənbə: cebhe.info