Avtonom silahlara edilən ləyaqət etirazının namünasibliyi

Avtonom silahlara edilən ləyaqət etirazının namünasibliyi

1. Hüquqi məhdudiyyətlər və etik normalar daxilində istifadə üçün tələb olunan texnologiyanın məhdudluğuna əsaslanan etirazlar;
2. Texnoloji imkanlardan müstəqil etik etirazlar.

 

BQXK etiraf edir ki, texnologiyanın məhdudiyyətləri üzərində edilən etirazlar gələcəkdə əldə ediləcək, yaxud edilməsi mümkün olmayacaq texnoloji imkanlar üzərində fərziyyələrə dayanır və ağlabatandır. Onlar həm də kontekstual olaraq asılıdırlar. Əgər hədəf alınan fərdlər kütləvi şəhər mühitindədilərsə - bizim hər zaman hüquqi və etik məhdudiyyətlər daxilində fəaliyyət göstərəcəklərinə dair ölümcül avtonom silah sistemlərinə arxalana bilməyəcəyimiz həqiqətən də müzakirə mövzusu olsa da - məsələn belə bir sistemin yaxınlaşmaqda olan düşmən təyyarəsinə qarşı hansısa bir dəniz platformasına müdafiə təmin edərkən sözügedən çərçivədə əməliyyat aparacağını söyləmək daha asandır.

İkinci növ etirazlar – texnoloji imkanlardan müstəqil olanlar – ölümcül avtonom silah sistemləri opponentləri arasında getdikcə artan şəkildə daha böyük nüfuz qazanırlar. Bu etirazlar özündə avtonom silahlardan istifadənin insanların öz mənəvi məsuliyyətlərini üstün tuta bilməyəcəkləri yerdə bir “məsuliyyət boşluğu” yarada biləcəyinə, hədəf alınan döyüşçülər, ölüm və yaralanma riskində olan mülkilərin ləyaqətini sarsıda biləcəyinə və gələcəkdə insanın döyüş meydanından fiziki və psixoloji olaraq daha çox uzaqlaşmasının mövcud assimetrikliyini artıra və şiddətdən istifadəni daha da asanlaşdıra biləcəyinə dair sualları ehtiva edir.

Bunlardan ən çox diqqətə layiq olan ləyaqət məsələsidir. Bu etirazın necə müşkül məsələ olduğunu vurğulamaq zəruridir. Əlbəttə, o, üzdən bu formada görünmür. Müasir Qərb üçün, insanların fundamental ləyaqətə sahib olduqları ideyası kanadalı filosof Çarles Teylorun “sosial təsəvvür”, yaxud “mümkün ortaq praktika və geniş şəkildə paylaşılan qanunauyğunluq hissi yaradan həmin ortaq anlayış” deyə ifadə etdiyi məhfumun bir hissəsidir. Lakin “Ləyaqət: Bir tarix” (“Dignity: A History”) kitabının müəllifi Remi Debes bu yaxınlarda irəli sürdü ki, insan ləyaqəti konsepsiyası ölümcül avtonom silah sistemlərinin opponentləri tərəfindən istifadə olunan əxlaqi anlamda kifayət qədər səthi tarixi köklərə sahib zəif bir nöqtədir:

“Elə isə niyə insan ləyaqəti konsepsiyası zəifdir? İlk olaraq, o, çox gəncdir. Bu termin “Maqna Karta”nın (1215) mövcud olan heç bir kopiyasında yoxdur. O, İngilis İnsan Hüquqları Haqqında Billdə çox sonralar göründü, lakin bu onda da əxlaqi mənada deyilmirdi. İnsanlar Fransa İnqilabı zamanı “Azadlıq, Bərabərlik, Ləyaqət” deyə qışqırmırdılar. Və özünün bərabərlik və ayrılmaz hüquqlarla bağlı bütün alovlu ritorikası boyunca, ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi insan ləyaqəti barəsində danışmır. Heç ABŞ Konstitusiyası da. Siz qədim qul hekayələrinin heç birində insan ləyaqəti haqqında hər hansı bir əxlaqi söhbət tapa bilməzsiz. O, 19-cu əsrin quldarlığa qarşı edilmiş ehtiraslı ayrılma tərəfdarlarının nitqində, qəzetlərdə və ya büroşuralarda da yoxdur. Eləcə də qadınların seçki hüququ uğrunda mübarizəsində də rast gələ bilməzsiniz. Meri Uollstonekraft, Socourner Truz, Frederik Duqlas, Susan B. Antoni, Ceyns Oustin, Harriet Biçer Stou: heç biri bu termindən çox istifadə etməyib və əxlaqi çərçivədə isə demək olar ki, ümumiyyətlə istifadə etməyiblər. Əslində, azı 1850-ci ilə qədər ingiliscədəki “ləyaqət” ifadəsinin “qazanılmamış dəyər, yaxud insanlıq statusu” kimi hansısa mənada davamlılığı yox idi. Bu anlayış sadəcə 1900-cü illərdə geniş istifadəyə girdi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) insan ləyaqəti terminologiyasından özünü əsaslandırmaq üçün istifadə edəndə, bu məsələ konseptual hal aldı. Bizim insan ləyaqətindən danışmağımız elə də uzun müddət deyil”.

Biz insan ləyaqəti uğrunda bugünkü vurğularımızı əsasən alman filosofu Emmanuel Kantın praktik fəlsəfəsinə borcluyuq. O isə alman dilli dünyadan kənarda ancaq 19-cu əsrin ikinci yarısından etibarən əhəmiyyət qazanmağa başlayarkən yayıldı. Teylorun da dediyi ki, o, Kantın mövqeyinin mərkəzi olan rasional faktor kimi insan məsələsidir:

... Kant azadlıq üzərindəki müasir vurğunu öz müqəddəratını müəyyən etmə kimi ifadə edir. O, əxlaqi hüququ bizim istəklərimizdən ortaya çıxan bir şey kimi görməkdə təkid edir. Onun (əxlaqi hüququn) qarşısındakı ehtiramımız rasional faktorun, onun müəllifinin statusunu və onun kimin mövcudluğunu ifadə etdiyini əks etdirir. Rasinal faktorların elə bir statusu var ki, planetdəki başqa heç nədə yoxdur. Onlar (rasional faktorlar) bütün digər varlığın üzərində yüksəlir. Hər şeyin bir qiyməti ola bilər, amma sadəcə onların ləyaqəti var. Və beləliklə Kant şiddətlə təkid edir ki, bizim əxlaqi öhdəliklərimiz təbiətin nizamına heç nə borclu deyil.

Kantın aşkar nüfuzuna baxmayaraq, Debes xəbərdarlıq edir ki, əgər biz bu gün insan ləyaqəti barəsindəkı danışıq üslubumuz üçün qəti bir tarixi əsas istəsək, onda məyus ola bilərik. Bizim bu statusa dair fərziyyələrimizə baxmayaraq, ləyaqət bir konsept kimi hələ də dəyişilə biləndir.

Ölümcül avtonom silah sistemlərinin istifadəsinə qarşı səsləndirilən ləyaqət etirazına verilə biləcək bir cavabla bu problemi irəli sürmək olar: Bu sistemlər həqiqətən də “qazanılmamış dəyər və ya insan statusu”nu başqa heç bir silahın edə bilməyəcəyi şəkildə sarsıdırmı? Hələlik bu ləyaqət pozuntusunun necə işləyəcəyinə dair ehtimalları göstərən və güclü fərziyyə olmaqdan qabağa gedə bilən bir inandırıcı izah yoxdur. Hələ də bəziləri belə bir fərqli Qərb və fərdi etik konsepsiyanın ölümcül avtonom silah sistemlərinin istifadəsinə qarşı göstərilən qlobal səylər üçün əsas kimi götürülməsinə qarşı etiraz edə bilər. Bu yerdə çinlilər tərəfindən BMT-nin bu məsələni dəyərləndirməkdən məsul Hökumət Ekspertlər Qrupuna göndərdiyi yazılı təqdimatın BQXK-nin hesabatında vurğulanan bütün etirazları ehtiva etdiyini və sadəcə “ləyaqət”lə bağlı etirazın bundan kənarda qaldığını qeyd etmək yerinə düşər.

Lakin buradakı məqsəd ləyaqət etirazına birbaşa qarşı çıxmaq deyil, sadəcə onun yöndəmsizliyini vurğulamaqdır. Xüsusilə, bu da göstərilməlidir ki, hətta biz ölümcül avtonom silah sistemlərinin kimisə öldürərkən insan ləyaqətini sarsıdacağını verilən kimi qəbul etsək belə, bu kimi hallar praktikada tez-tez baş verir. Belə görünür ki, hərbi güclər əsasən tam yox, qismən avtonom olan silahlara üstünlük verəcəklər. Bunlar elə silahlardır ki, sərbəst olaraq işləyə bilsə də, istənildiyi halda kənardan, insan tərəfindən də idarə edilən bilər. Bu nə qədər çox düzgün edilsə, kənar bir şəxs tərəfindən aparatın sərbəst, yoxsa qeyri-müstəqil çalışdığını müəyyənləşdirmək çətin və demək olar ki, mümkünsüz olacaq. Buna görə də, hər hansı bir şəxs belə bir sistem tərəfindən öldürülərkən, insan övladı onun ləyaqətinin tapdanıb-tapdanmadığına dair fikir irəli sürməkdə çətinlik çəkəcək. Kimsə bunu biləcək (maşının avtonom yoxsa, əks rejimdə işləməsinə qərar verən şəxs), amma geridə qalanlar üçün ləyaqətin pozulması faktı görünməz olaraq qalacaq.

Əlbəttə, bir hüquq onu pozandan başqa heç kimin xəbərdar olmadığı formada da pozula bilər və bu hüququn pozulmasından başqa bir şey olmayacaq. Necə ki, kimisə pusan və heç vaxt tutulmayan Tom öz qurbanının şəxsi məhrəmiyyət haqqını pozmuş olur. Nəticə etibarilə, ölümcül avtonom silah sistemi tərəfindən ölümlə insan ləyaqətinin pozulması ideyasında bu pozuntunun gözəgörünməzliyi qüvvədən düşmüş olmur. Buna baxmayaraq, görünən pozuntular potensial olaraq ən ümumi hallar olanda, bu, ən azından namünasib qalır. Əgər insan nəsli bu yolla üzü aşağı getmək istəyirsə, o, bunu heç olmasa onun hərbi qüvvələrdə mövcud olan məhdudiyyətlərə münasibətdə özünü necə müxtəlif büruzə verməsinə qarşı ayıq-sayıq şəkildə etməlidir.

Müharibə qanunları və etikası demək olar ki, ancaq fiziki xəsarətin və əziyyətin qarşısının alınması, yaxud ən azından azaldılmasına fokuslanıb. Onlar insan ünsiyyətinin qəti qeyri-ideal formasına verilən humanitar, amma praqmatik cavabdır. Valerie Morkeviciusun da özünün “Ədalətli Müharibə” ənənəsi ilə bağlı yeni kitabında göstərdiyi kimi, mükəmməl ideallara əsaslanaraq müharibə etiketi formalaşdırmaq cəhdləri bu ənənənin geniş sferası üçün qeyri-adidir və daha da önəmlisi, demək olar ki, onun pasifizm mövqeyi ilə nəticələnməsi qaçılmazdır. Bu ola bilsin ki, filosofun işində mükəmməldir, lakin real dünya üçün uyğun deyil.

Dəyanət Ağalarlı

Mənbə: ordu.az