Turizmçi xanımdan Vətən müharibəsi iştirakçılarına dəstək

Turizmçi xanımdan Vətən müharibəsi iştirakçılarına dəstək

 

Azərbaycan turizm sənayesinin nümayəndələri tərəfindən Vətən müharibəsində iştirak etmiş əsgərlərimizə dəstək kampaniyaları davam edir.

Turizmplus.az xəbər verir ki, bu dəfə "AZE Turizm" şirkətinin rəhbəri Anna Məmmədova Vətən müharibəsində iştirak etmiş əsgərlər - Qurbanov Vüsal, Məmmədov Fazil və Qoçəliyev Kənanlaə görüşüb. Bu haqda şirkətin rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

Anna Məmmədova Turizmplus.az saytına açıqlamasında əsgərləri videoçarxda gördüyünü, onlara xarici ölkələrdən birinə tur hədiyyə etmək niyyətində olduğunu bildirib.

"Xəbərlərə baxanda əsgərləri videoda gördüm. Onlar Şuşada gəzir, bu yerlərin necə səfalı olduğundan danışırdılar. Kənan özünün və dostlarının bu yerlərdən başqa heç bir yerə səyahət etmədiyini dedi. Bu sözlər mənə təsir etdi və niyyət etdim ki, müharibə bitəndən sonra uşaqları xarici dövlətlərdən birinə istirahətə göndərəcəm. Qismət oldu və görüşdük, sözümün üstündə duracağam", - deyə Anna Məmmədova bildirib.

 

 

Mənbə: turizmplus.az