Paytaxt məktəbindən yenilik - Bölgə məktəbi ilə birlikdə internet vasitəsilə dərs keçirildi

Paytaxt məktəbindən yenilik - Bölgə məktəbi ilə birlikdə internet vasitəsilə dərs keçirildi

Paytaxt məktəbində ilk dəfə olaraq bölgə məktəbi ilə birlikdə skype vasitəsilə teledərs keçirilib.

Atv.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən 13 saylı təhsil ocağı ilə Gəncə şəhəri 25 nömrəli məktəbin birlikdə ərsəyə gətirdiyi ingilis dili dərsi görkəmli Azərbaycan şairi Nəsimiyə həsr olunub.

Dərsdə hər iki məktəbin şagirdləri şairin həyat və yaradıcılığı barədə ingilis dilində məlumat verib, qəzəllərini səsləndiriblər.

Nümunəvi dərsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları və müəllimləri izlədi. İlk belə teledərsi ötən il 13 nömrəli məktəb digər paytaxt məktəbi ilə birlikdə həyata keçirib. Qeyd edək ki, tədbir çərçivəsində istedadlı uşaqların üzə çıxması məqsədilə yaradılan kiçik akademiyanın da 5 illik yubileyi qeyd olunub.

Bəşarət Məmmədov- BŞTİ-nin mətbuat katibi: “Bir yenilik olmaqla bu dərsdə biz uşaqların ingilis dili biliklərinin möhkəmləndirilməsinə, çoxlu təcrübə mübadiləsinə və uşaqların dil biliklərinin artırılması üçün onların daha da həvəsləndirilməsinə xidmət etdiyini bir daha gördük. İnanırıq ki, bu təcrübə paytaxtın digər məktəbləri arasında da yayılacaq və yaxşı bir ənənə kimi yaxın illərdə əksər məktəblərimizi əhatə edəcək”.

ATV.az

Mənbə: www.atv.az