Ağdam sakini şikayət edir:"Mənim huququmu əlimden alirlar!"

Ağdam sakini şikayət edir:"Mənim huququmu əlimden alirlar!"

Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik. Şikayətçi yazır:

Salam.İlk öncə Sizə ünvanladığım bu şikayət məktubumda olan nöqsanlara görə Siz Cənablardan üzr isdəyirəm.Çünki mənim Ali savadım yoxur və savadım orta təhsillidir.Adım Vüqardır.Ağdam rayon sakiniyəm və məcburi köçkünəm.Hal hazırda Ağdam royununda yaşayıram.Mən dəfələrlə Siz Cənablara məktub göndərmişəm və cavabı isə gəlmişdir.Çox sağolun.Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Siz Cənablara sualım bundan ibarətdir ki, mən rayon üzrə olan bütün adiyyatı orqanlara müraciət etmişəm və bu müraciətimin heç bir nəticəsi olmadığı üçüm şikayətimi Siz cənablara ünvanladım.Siz isə mənim bu şikayətimin cavabını o, adiyyatı orqanlara göndərirsiz ki, mən həmin adiyyatı orqanlara dəfələrlə müraciət etməyimə baxmayaraq bir nəticəsi olmamışdır.

Onuda qeyd etmək isdərdim ki, Siz cənabların göndərdiyiniz məktublar həmin adiyyatı orqanlarda qalır və ondan sonra isə mənim ilə heç kim maraqlanmır.Burada bəzi məmurlar məni çox incidir və qürurumla oynayırlar.Məgər mən bu ölkənin oğlu yaxud vətəndaşı deyiləm?.Əlbətdə bizdə dövlətimizə xidmət etmişik və bu bizim vəzifə borcumuzdur.İndi isə mən vətəndaş olaraq Siz Cənablardan və Dövlətimdən kömək isdəyirəm.Əlbətdə maddi baxımından köməklik yox,mənim vətəndaşlıq hüququmu tapdalanır və bunun üçün Sizlərdən yardım isdəyirəm.Bir daha Siz Ali Cənablardan bir Azərbaycan oğlu olaraq xahiş edirəm ki,mənə Siz özünüz yardım edin. Əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.Təşəkkürlər.

Vuqar Vuqarli

Mənbə: teref.az