Əziz Əzizov Şərifzadə küçəsinin sakinləri ilə görüşüb - FOTO

Əziz Əzizov Şərifzadə küçəsinin sakinləri ilə görüşüb - FOTO

Noyabrın 7-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində 21 saylı orta məktəbin akt zalında A.M.Şərifzadə küçəsində 72 saylı binanın sakinlərilə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini bildirib və son zamanlar aparılan iqtisadi, sosial və struktur islahatları haqqında sakinlərə ətraflı məlumat verib. Ötən il rayon ərazisində 18 yeni abad məhələnin istifadəyə verildiyini deyən icra başçısı 2019-cu il ərzində “IDEA” İctimai Birliyinin dəstəyi ilə, Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd edib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən istilik, su və qurumuş ağacların budanması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Sonra Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib. Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə məktəbin həyətində və görüş keşirilən ünvanda qurumuş ağacların kəsilməsi ilə yanaşı təhlükəli ağaclar budanıb.

Mənbə: qafqazinfo.az