Nişan üzüyünün əsl mənası nədir?

Nişan üzüyünün əsl mənası nədir?

Evlənməyə işarə verən nişan üzüklərinin əslində hansı məna kəsb etdiyi və ilk dəfə kim tərəfindən istifadə olunaması ilə bağlı maraqlı faktlar var.

Cebhe.info həmin tarix haqqında qısaca məlumat verir.

Bildirilir ki, nişan üzüyü sadəcə evlilik mənasını vermir. Tarixdə ilk nişan üzüyü qədim misirlilərə aiddir. Onlara görə, bu üzük sonsuz sevgi ifadə etməklə yanaşı, bolluq və bərəkət rəmzidir.

Belə ki, qədim dövrlərdə misirlilər nişan üzüyünü Nilin kənarındakı bitkilərdən hazırlayırdılar ki, bu da bərəkət rəmzi hesab olunurdu.

Zamanla bitkilərdən hazırlanan üzüklər fil sümüyü kimi bərk materialdan düzəlməyə başlanıldı. Misirlilərə görə, sol əlin üçüncü barmağındakı damarlar qəlbə yol alır və bu damarlar "sevgi damar" adlandırılır. Ona görə də nişan üzüklərinin maddi dəyərindən daha çox mənəvi dəyəri əsas götürülərək simvolik olaraq sol əlin üçüncü barmağına taxılır.

Misirlilərdən sonra romalılar da nişan üzüyündən istifadə etməyə başladı. Onlar üçün bu üzük təkcə sevgi rəmzi deyil, ər və arvad arasında bir bağlılıq ifadə edirdi.

İkinci Dünya Müharibəsində isə əsgərlər sevdikləri qızlara nişan üzüyü verərək "Geriyə dönüş" kimi söz vermiş olurdu. Bununla da nişan üzüyü sevənlərin bir-birini xatırlaması üçün simvol halını almışdı.

Dünyanın ən büyük nişan üzüyü 2000-ci ildə Səudiyyə Ərəbistanında hazırlanıb. Üzüyün çəkisi 56 kiloqram olub.

Bu gün də nişan üzükləri - güc, sərvət, sevgi, sahiblənmə, bağlılıq kimi mənaları ifadə edir.

Cebhe.info

 

 

Mənbə: cebhe.info