İraqda aksiyalar zamanı ölənlərin sayı 257-yə çatıb

İraqda aksiyalar zamanı ölənlərin sayı 257-yə çatıb

İraqda etiraz aksiyaları davam edir.

Olaylar.az xəbər verir ki, Bəsra şəhərində yaşanan aksiya zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Bildirilir ki, qarşıdurma zamanı 3 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin aksiyanı dağıtmaq üçün etirazçılara qarşı atəş açdığı deyilir.

Qeyd edək ki, İraqda etiraz aksiyaları oktyabrın 1-dən başlayıb. Etirazçılar ölkədəki işsizlik və korrupsiyaya qarşı aksiyaya başlayıblar. Bu zamana kimi toqquşmalar nəticəsində ölənlərin sayının 257 nəfərə çatdığı bildirilir. Hadisələr zamanı 1000-dən çox insan isə yaralanıb.

Azadinform.az

Mənbə: olaylar.az