Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:
“Bu gün bir sərnişin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq bu gün Bakı Metropolitenində qiymət artımı gündəmdə deyil”.
Metropoliten rəsmisi gələcəkdə differensial tariflərin tətbiqinin də mümkün olacağını qeyd edib:
“Bu gün “Bakı Metropoliteni” heç də uzaqmənzilli metropoliten deyil. Gələcəkdə 76 stansiyanın hamısı istismara veriləndən sonra belə bir sistemin tətbiqi çox rahatdır. Bu gün isə bunun tətbiqi əhəmiyyətsizdir”.
Könül Cəfərli
Mənbə: www.oxu.az