"Məktublar niyə ünvana çatmır?"- Azərpoçtdan ŞİKAYƏT

"Məktublar niyə ünvana çatmır?"- Azərpoçtdan ŞİKAYƏT

"Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 14 saylı poçt şöbəsi verilən məktubları ünvana çatdırlımasını gecikdirir".

Bununla bağlı Sonxeber.az-a şikayət daxil olub. Elvin Zeynalov adlı şəxs bildirir ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin Milli Avtomatlaşdırılımış Passport sistemi üzrə məlumat şöbəsinə ünvanlanan sorğunu Bakıdakı 14 saylı poçt çöbəsi 7 gün saxladıqdan sonra ünvana çatdırıb. Şikayət edən vətəndaş gecikmənin məhkəmədə iddia qaldırılmasını gecikdirdiyini deyib.

Şikayətlə bağlı 14 saylı poçt şöbəsi ilə əlaqə yaratdıq. Bizə verilən məlumatda göndərilən məktubların 3 gün ərzində ünvana çatdırıldığı deyildi. Mövcud olan problemlə tanış olmaq üçün isə yalnız şikayətçinin məktub nömrəsi olduğu təqdirdə araşdırılıb cavab veriləcəyi bildirildi.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az