İcbari tibbi sığortanın tətbiqi ilə bağlı düşündürücü məqamlar ortaya çıxır

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı düşündürücü məqamlar ortaya çıxır

"Gələn il sosial-iqtisadi mövzular içərisində ən qızğın müzakirə edilən məsələlərdən biri də icbari tibbi sığortanın tətbiqi, doğurduğu nəticələr, ictimaiyyətin yeni mexanizmə münasibətilə bağlı olacaq".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Ekspert deyib ki, xüsusilə diqqət mərkəzində olacaq məsələ qeyri-rəsmi məşğul sayılan və işəgötürənin sığortasından kənarda qalan insanların sayının həddən artıq çox olması olacaq: "Aktiv fərdi sahibkarları nəzərə almasaq, hər 100 nəfər iqtisadi fəal əhalidən ən azı 60 nəfərinin rəsmi işi yoxdur - bu ən azı 3 milyon nəfər edir. Amma iş bununla da bitmir - əmək qabiliyyətli yaşında olan, lakin işləməyən, rəsmi statistikanın da "evdar", "öz ev təsərrüfatında çalışan", "ailə üzvlərinə qulluq edən" kimi uçota aldığı 1 milyon nəfər də əlavə var. Yəni ən azından əmək qabiliyyətli yaşında 6.2 milyon nəfərə yaxın insanın təxminən 75 faizi işəgötürənin sığorta dəstəyindən kənarda qalacaq, güzəştli sosial qruplara düşmədikləri üçün dövlət büdcəsinin də dəstəyini ala bilməyəcəklər".

Analitik onu da vurğulayıb ki, hər iki imkandan kənarda qalan insanlar ayda 10 manat ödəməklə sığorta oluna biləcəklər: "Amma nəzərə alaq ki, bu 4 milyon nəfərin içərisində böyük sayda real işszilər ya da mövsümü gəlirlərlə ilin cəmi bir neçə ayı qazancı olan insanlar var. Onlar üçün ildə 120 manat ödəmək asan olmayac. Hər halda qeyri-rəsmi məşğulluğun və gizli işziliyin böyük miqyası Azərbaycanda icbari tibbi sığortanın effektiv tətbiqi qarşısında əsas institusional amillərdən biri olacaq".

Rövşən Ağayev onu da qeyd edib ki, sığorta haqlarının həcmindəki mümkün fərqlər məsələnin daha bir maraqlı məqamıdır: "Məsələn, fərdi sahibkarlar, rəsmi işi olmayıb özünü sığorta etdirən şəxslər ildə 120 manat ödəyəcəklər. Tutaq ki, rəsmi maaşı 1000 manat olan insan hər ay 4 faiz və ya 40 manat, ildə 480 manat ödəməklə bunu edəcək".

Yeganə Oqtayqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info