MDB-də ən ucuz metro Bakıdadır - Amma qiymət artımı gündəmdə deyil

MDB-də ən ucuz metro Bakıdadır - Amma qiymət artımı gündəmdə deyil

“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov metroda gediş haqqı məsələsinə toxundu.

Atv.az xəbər verir ki, onun sözlərinə görə,hazırda MDB məkanında ən ucuz metro Bakı metrosudur. Buna baxmayaraq qiymət artımı məsələsi gündəmdə deyil. Bakı Metropoliteni QSC işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə bildirildi ki, metronun perspektiv inkişaf planına əsasən ilkin mərhələdə stansiyaların sayı 76-a çatdırılacaq. Yeni hazırlanan Bakı şəhərinin baş planına əsasən paytaxtın bütün ərazilərində metro stansiyaların olması da əsas hədəflərdəndir.

Mənbə: www.atv.az