Deputatdan şəhid pilotumuzla bağlı ürəkdağlayan paylaşım - FOTO

Bakı. Trend:

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb:

"Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ölkə kubokuna start verilib - VİDEO

SONRAKI XƏBƏR

Gündəmdə qalmaq, hay-küylü hadisələrlə diqqəti cəlb etmək istəyi