Canavarların kəndlərə hücumu artıb - Əsas səbəb heyvanların yem bazasının azalmasıdır

Canavarların kəndlərə hücumu artıb - Əsas səbəb heyvanların yem bazasının azalmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Nazirliyin Departament direktoru Hikmət Əlizadə son vaxtlar kəndlərdə canavar hücumlarının artmasından danışdı.

O, qeyd etdi ki, əsas səbəb heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır.

Hikmət Əlizadə- ETSN-nin Departament direktoru: “Qış yaxınlaşdıqca, yırtıcı heyvanların yemə tələbatı artır, yem azalır. Bu tərs mütənasiblik öz-özlüyündə heyvanları daha çox qida axtarışlarına məcbur edir. Səbəb həm mövsümdür, həm yaşayış məntəqələrinin sayının artması, həm də heyvanların yaşayış arealına müdaxilə edilməsi.

ATV.az

Mənbə: www.atv.az