Özünü yad planetliyə bənzədib BU HALA saldı - FOTO

Özünü yad planetliyə bənzədib BU HALA saldı - FOTO

Adətən insanlar qüsurlarını düzəltmək, daha gözəl olmaq, kumirlərinə bənzəmək üçün plastik əməliyyatlara əl atırlar.

"The black ailen" ləqəbli şəxs isə özünü tanınmaz dərəcədə dəyişib yad planetli varlığa bənzətmək qərarına gəlib.

BiG.AZ-ın mirfactov.ru-ya istinadən verdiyi xəbərə görə, bir neçə il ərzində o, sadə pirsinq və döymələrdən tutmuş təhlükəli yara prosedurlarına qədər demək olar ki, bütün plastik və cərrahiyyə üsullarını sınaqdan keçirib.

Onun başında ümumiyyətlə tük yoxdur. Bir az saqqalı qalıb, onu da açıq rəngə boyayıb. Bütün bədəni döymələrlə örtülüb. Tamamilə qaralan baş dərisinə rəngli tatular əlavə olunub.

Kəllə sümüyü nahiyəsinə qəribə çıxıntılar yaradan dərialtı implantlar yerləşdirilib. Başında buynuz və bolt şəklində olan hissələr də var.

Bu şəxsin hətta gözləri də dəyişikliklərə məruz qalıb. Göz bəbəyinin ağ hissəsinə mürəkkəb tökülüb, qarası isə tatularla "bəzədilib".

"Qara yadplanetli" qulaqlarını tamamilə kəsdirib və purnuna pirsinq etdirib.

Natəvan Baxşiyeva

Mənbə: big.az