Şuşada sən sancılan dağa pir deyəcəyəm, Azərbaycan bayrağı!

Şuşada sən sancılan dağa pir deyəcəyəm, Azərbaycan bayrağı!

Naftalan, 9 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalan şəhərində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” şüarı altında yeniyetmə və gənclərin iştirakı ilə yürüş təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəyyən olunmuş marşrut üzrə hərəkət edən yürüş iştirakçıları əvvəlcə şəhidlərin Xatirə kompleksini ziyarət ediblər.

Sonra iştirakçılar şəhərdəki Bayraq meydanına gəlib, buradan ümummilli lider Heydər Əliyevin adını daşıyan parka qədər olan məsafəni qət ediblər.

Yürüş zamanı gənclər hərbi vətənpərvərlik mahnıları səsləndiriblər.

Mənbə: azertag.az