Nəsimidə Bayraq günü qeyd edildi - FOTO

Nəsimidə Bayraq günü qeyd edildi - FOTO

Noyabrın 8-də Nəsimi rayon İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan polkovnik leytenant.Zaur Həmidov tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik olub.

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur.

Asif Əsgərov “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələtəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirdi.

Daha sonra Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək tədbirdə iştirak edən hərbiçiləri təbrik edərək, onlara hərbi xidmətlərində uğurlar arzuladı.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

 

Mənbə: qafqazinfo.az