Kirill Maraxovski: Milli Onkologiya Mərkəzinin mehriban kollektivi məndə xoş təəssürat yaratdı

Kirill Maraxovski: Milli Onkologiya Mərkəzinin mehriban kollektivi məndə xoş təəssürat yaratdı

Bakı, 9 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Bu, sizin gözəl ölkənizə ilk gəlişimdir. Dünən Azərbaycan Milli Onkologiya Mərkəzində (MOM) olduq, müalicə proseslərini müşahidə etdik. Həqiqətən, gördüklərimizdən çox məmnun qaldıq. Bu cür miqyasa və təchizata malik olan mərkəz MDB ölkələri məkanında çox azdır. Milli Onkologiya Mərkəzinin mehriban kollektivi də məndə xoş təəssürat yaratdı. Ümidvaram ki, bizim gəlişimiz yerli mütəxəssislər üçün faydalı olacaq, əgər belə demək mümkündürsə, bütövlükdə endoskopiyanın səviyyəsini yüksəldəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan paytaxtında keçirilən III Bakı Endoskopik Forumunun iştirakçısı, Belarusun uşaq qastroentereoloji klinikası diasnostika şöbəsinin müdiri, bu ölkənin uşaq endoskopiyası üzrə baş mütəxəssisi Kilrill Maraxovski danışıb.

"Bu cür elmi-praktiki konfransların faydasını izah etmək çox vacibdir. Təcrübə göstərir ki, bəzən belə tədbirlərdə iştirak etmək öz elmi fəaliyyətindən də səmərəli olur. Eyni zamanda, onlar həkimlər üçün də çox səmərəlidir, çünki onlara yeni nəzəri biliklər əldə etməyə və yüksəkixtisaslı yardım göstərməyə imkan verən peşə bacarıqlarını və təcrübələrini artırmağa komək edir", -deyə Kirill Maraxovski sözlərinə yekun vurub.

Mənbə: azertag.az