Paytaxtımızda fərqli mənzərə - Monitorlarda Dövlət bayrağı dalğalandı

Paytaxtımızda fərqli mənzərə - Monitorlarda Dövlət bayrağı dalğalandı

Paytaxtımızın sakinləri və qonaqlar bayraq günü münasibətilə fərqli mənzərəyə şahidlik ediblər.

Belə ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində yerləşən monitorlarda Dövlət bayrağı təsvirləri əks olunub. Bu gün saat 12-dən etibarən paytaxtın Bülbül, Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva, Bakıxanov, Səməd Vurğun, Rəşid Behbudov, Fəzail Bayramov küçələri və digər yerlərdəki monitorlara üçrəngli bayrağımızın təsvirləri verilib. Axşam saat 20.00-dan isə gecə saatlarınadək “Qız Qalası” üzərində “Mapping şou”, yəni dalğalanan bayraq şousu baş tutacaq. Bundan əlavə həmin saatdan etibarən şəhərdəki bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılacaq.

Mahmud Rövşənoğlu

Atv.az

Mənbə: www.atv.az