Şəmkir istixanalarını "titrətmə" tutub: Sahibkarlar qazın qiymətindən fəryad edir + VİDEO

Şəmkir istixanalarını "titrətmə" tutub:  Sahibkarlar qazın qiymətindən fəryad edir + VİDEO

Şəmkirdən bir qrup sahibkar Moderator.az-a müraciət edib.

Sahibkarların əsas tələbi istixanalarda qaz sərfiyyatının qiymətinin aşağı salınmasıdır. Lakin müraciətlərə cavab belə verilmir. Nəticədə isə onlarla sahibkar, yüzlərlə vətəndaş işsiz qalır. Beləliklə də ”Azəriqaz”ın güzəştə getmədiyi şəmkirli sahibkarların işsiz qalması ilə də işsizlər ordusu bir az daha artır.

Qazın qiymətinin qalxması sahibkarların büdcəsinə uyğun olmadığına görə onlara ciddi problemlər yaradır. Yaranmış narazılıq fonunda sahibkarlar əkdikləri məhsulu həm istehsal etməkdə, həm də bazarlara çıxarmaqda şətinlik çəkirlər. Bu da nəticə etibarı ilə istixanaların bağlanmasına və Şəmkir rayonu ərazisində işsizlik probleminə gətirib çıxarır.

Şəmkirdə əhalinin əsas gəliri istixanalarla bağlıdır, amma mövcud vəziyyət ölkədə sosial problemin çoxalacağına işarə verir.

Bəs görəsən məsələ aidiyyatı qurumlar tərəfindən hansı formada araşdırılacaq və nəticə nə olacaq?

Onu da qeyd edək ki, "Azəriqaz" yeni quraşdırdığı tənzimləyici qurğularının vasitəsi ilə sahibkarlar 20 qəpik yox, 58 – 65 qəpik arası dövlətə pul ödəyirlər. Sahibkarlar bildirir ki, 30 – 40 min manat civarında "Azəriqaz"a ödədikləri məbləğ indi 120 – 140 min manat civarında olur.

Banklardan kredit götürüb məhsul əkən, amma gəlir götürə bilməyən şəmkirli sahibkarlar, bu problemin onların fəaliyyətinə ciddi əngəl törətdiyini deyir. İşçilərin əmək haqqlarını verməkdə, məhsulu satmağda çətinlik çəkən sahibkarlar bu səbəbdən də istxanaları bağlamaq məcburiyyətində olduqlarını bildirirlər.

İnanırıq ki, mövcud duruma obyektiv qiymət veriləcək və Şəmkirdə sahibkarların qaz problemi tezliklə həll olunacaq.istixanalar bağlanmayacaq,məhsul bahalaşmayacaq və ən əsası isə yüzlərlə ailə çörəksiz qalmayacaq.

Mənbə: moderator.az