Rusiyanın 9 şirkəti ABŞ-ın "qara siyahı"sında

Rusiyanın 9 şirkəti ABŞ-ın "qara siyahı"sında

Rusiyalı müxalifət lideri Aleksey Navalnın həbsi ətrafında cərəyan edən hadisələrə görə ABŞ Ticarət Nazirliyi öz "qara siyahı"sına Rusiya Müdafiə Nazirliyinin 27-ci Elmi Mərkəzinin, bu ölkənin 9 şirkətinin, həmçinin Almaniyanın 3, İsveçrənin 1 şirkətinin adını daxil edib.

Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, adı ABŞ-ın "qara siyahı"sına düşən şirkətlər bunlardır: "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analit prodakts", "İntertek instruments", "Farmkontrakt", "Rayfarm"və "Reqionsnab".

ABŞ Ticarət Nazirliyi bu şirkətlərin adını kütləvi qırğın silahları üzrə Rusiya proqramını dəstəklədiyinə görə öz "qara siyahı"sına yazdığını bildirib.

Qeyd edək ki, adıçəkilən bu şirkətlərlə əməkdaşlıq edən şəxsləri də ABŞ sanksiyasına düşmək təhlükəsi gözləyir.

Mənbə: cebhe.info