Konteynerlərlə özünə villa qurdu - FOTO

Konteynerlərlə özünə villa qurdu - FOTO

Amerikalı Uill Bro 11 dəniz konteynerindən arzuladığı evi qurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dizayner kimi fəaliyyət göstərən Hyuston sakini çox böyük və qeyri-adi ev arzusunda olsa da, bu, heç də ucuz başa gəlmirdi.

Çox fikirləşdikdən sonra o, 11 dəniz konteynerindən 3 mərtəbəli evi qurmağı bacarıb. O, bir neçə həftə ərzində sahəsi 232 kv. metr olan "villa"nın sahibi olub.
Bro daha sonra evin istilik və kommunikasiya sistemini qurub.

Milli.Az

Mənbə: news.milli.az