Ingilis gənc virtual məkan vasitəsilə İslamı qəbul etdi...

Ingilis gənc virtual məkan vasitəsilə İslamı qəbul etdi...

Londonda yaşayan bir gənc xristian Qüds Rəzəvi ostanının Xarici Zəvvarlar İşləri İdarəsinin dini mütəxəssislərinin qatıldığı virtual görüşdə İslam dinini qəbul edib.

Moderator.az Deyerler.org-a istinadla xəbər verir ki, Astan News-a inancını və niyyətini açıqlayan Əli Mur, belə deyib: “Universitetdəki müsəlman dostlarım vasitəsilə İslamı tanıdım və bu din haqqında daha çox araşdırma aparmaq istərdim”.

Fərqli dinləri araşdırdıqdan sonra İslamı xristianlıq da daxil olmaqla digər dinlərlə müqayisədə bütöv bir din olaraq tapdığını söyləyən Əli Mur, belə davam edib: “Çünki bütün suallarımı cavablandırır və məni inandırır. İrana getmək şansım yox idi və bir gün İmam Rzanın (ə) ziyarətgahını ziyarət etmək istəyirdim. Bu gün bu mərasim üçün müsəlmanlar arasında xüsusi bir dəyəri olan bu yeri seçdim”.

Gənc müsəlman vebinar vasitəsilə Qüds Rəzəvi ostanının dinlər və turistlər bölməsinin mütəxəssisi höccətül-İslam Hüseynlə danışığında, ailəsinin iştirakı ilə inancını elan edib və İslam dinini qəbul edib. Qüds Rəzəvi ostanının Xarici Zəvvarlar İşləri İdarəsinin müdiri yeni müsəlman gəncə ingilis dilində Qurani-Kərim və bir sıra mədəni hədiyyələr göndərib.

Mənbə: moderator.az