Qanuniliyi sübut olunmayan əmlak - MÜSADİRƏ EDİLƏCƏK - RUSİYADA YENİ QAYDA

Qanuniliyi sübut olunmayan əmlak - MÜSADİRƏ EDİLƏCƏK - RUSİYADA YENİ QAYDA

Rusiyanın Konstitusiya Məhkəməsi maraqlı qərar qəbul edib.

FED.az xəbər verir ki, məhkəmənin qərarına görə, qanuni alındığı sübut edilə bilməyən bütün əmlakların dövlətin xeyrinə müsadirə edilməsi mümkündür.

Konstitusiya Məhkəməsi bu məsələyə Rusiya Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Dmitri Zaxarçenkonun şikayəti ilə baxıb.

Məsələ bundadır ki, indiyədək bu qayda (yəni qanuniliyi süğut olunmayan əmlakın müsadirə edilməsi) yalnız məmurlara və onların ailə üzvlərinə aid idi. Və məmurlar arasında korrupsiyaya qarşı mübarizə üçün tətbiq edilirdi.

İndi isə KM şikayəti araşdırandan sonra məlum olub ki, bu qayda bütün vətəndaşlara şamil edilə bilər.

Məsələnin maraqlı məqamı ondan ibarətdir ki, DİN polkovnikinin işində Rusiya prokurorluğu onun əmlakının qanunsuz yolla alındığını sübut edə bilməyib. Başqa sözlə istintaq sübut edə bilməyib ki, bu əmlak qanunsuz əldə edilib.

Amma digər tərəfdən polkovnik də bu əmlakın qanuni əldə edildiyini sübut edə bilməyib. Nəticədə məsələyə Konstitusiya Məhkəməsi baxıb. Onun qərarından sonra əmlakın qanuni yolla alındığını sübut etmək öhdəliyi artıq vətəndaşın üzərinə qoyulub.

Mənbə: fed.az