Bakı metrosunda intihara cəhd olub? - AÇIQLAMA

Bakı metrosunda intihara cəhd olub? - AÇIQLAMA

Sosial şəbəkələrdə metroda intihar hadisəsinin baş verməsi ilə bağlı paylaşımlar edilib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

BiG.AZ-a açıqlama verən Bəxtiyar Məmmədov bildirib ki, heç bir intihar hadisəsi baş verməyib:

“Nə intihar, nə də intihara cəhd hadisəsi olmayıb. Sərnişin telefonda oyun oynayarkən başı qarışıb və sarı xətti keçib. Ayağı büdrəyərək boşluğa yıxılıb. Polislərin və metropoliten işçilərinin köməyi ilə həmin şəxs boşluqdan çıxarılıb. Heç bir xəsarət almayıb. Hadisə “Xalqlar Dostluğu” metrostansiyasında baş verib”.

Lamiyə Məmmədova

Mənbə: big.az