Bakının mərkəzində təhlükə mənbəyi - FOTO

Bakının mərkəzində təhlükə mənbəyi - FOTO

Bu ilin avqustunda Maştağada, oktyabrda isə Keşlədə transformatora daxil olan bir uşağın yanaraq öldüyü, digərinin isə şikəst qaldığı məlumdur.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə daha bir təhlükəli vəziyyətdə olan ərazi barədə fotolar paylaşılıb.

Düşünə bilərik ki, həmin qəsəbələr şəhər kənarında yerləşdiyi üçün təhlükəsizlik məsələlərinə nəzarət zəifdir. Ancaq şəhərin lap mərkəzində də belə təhlükəli hallara rast gəlinir.

Təqdim etdiyimiz fotolar Mehdi Hüseyn küçəsində çəkilib. Bura Milli Məclis, Nazirlər Kabineti, Prezidentin Administrasiyası, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinə yaxın ərazidir.

Göründüyü kimi, küçənin işıqlandırılmasını təmin edən naqillər çox təhlükəli vəziyyətdədir. Ümumiyyətlə, belə təsərrüfat işi olmaz.

Mənbə: www.oxu.az