Təhsil eksperti onu qınayan iki xanım deputatı debata çağırdı: "Sübut etməyə hazıram"

Təhsil eksperti onu qınayan iki xanım deputatı debata çağırdı:  "Sübut etməyə hazıram"

Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən gender bərabərliyini qorumağa çalışıblar. Mənim bu iki xanıma bir ədəd sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu. Dərslərinizi başqası deyəndə göz yummuşdu, işə gəlməyəndə sizi yola vermişdi.

İkincisi, bu xanımlara bir ədəd də təklifim var: Hər ikinizi istənilən televiziyada və istənilən qəzetdə debata çağırıram. Sizlərə Universitet dərsi keçmək istəyirəm. Bir debatda Sizin savadsızlığınızı sübut etməyə hazıram. İstəyirsiniz cüt gəlin, istəyirsiniz tək. Gender bərabərliyi xatirinə rektorunuzu da gətirə bilərsiniz. İndi təzə rektoru ona görə müdafiə edirsiniz ki, auditoriyada sizin vaxtaşırı buraxdığınız o faydasız dərslərə göz yumsun.

Sizdən sualıma və təklifimə cavab gözləyirəm. Vəssalam...

P.S. Məncə hər ikiniz rus dilini pis bilmirsiniz. Buna görə də Stanislav Letsin bir aforizmini sizə düşünmək üçün təqdim edirəm. Rektorunuza da verin oxusun:

Плагиаторы, спите спокойно. Муза - женщина, она редко сознается, кто был первым.

 

Etibar Əliyev,

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti, fəlsəfə doktoru

Mənbə: moderator.az