Azərbaycanlı alim Türkiyədə keçirilən tədbirdə erməni yalanlarını ifşa edib

Azərbaycanlı alim Türkiyədə keçirilən tədbirdə erməni yalanlarını ifşa edib

Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində 9-cu Atatürk Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, noyabr 15-dək davam edəcək tədbirə dünyanın 7 ölkəsindən 100-dən artıq tarixçi-tədqiqatçı və elm adamı qatılıb.

Tədbirdə Ərciyəs Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Mehdiyevin “Erməni düşüncə sistemində Atatürkün şəxsiyyəti və erməni ictimaiyyətinə düzgün tanıdılması” mövzusunda məruzəsi dinlənilib. Professor məruzəsində təəssüflə vurğulayıb ki, Ermənistanda çap olunan kitablarda və mətbuat orqanlarında Atatürk öz millətinin lideri və xilaskarı kimi deyil, ermənilərin düşməni kimi təqdim olunur. Alim təkzibolunmaz faktlar və elmi mülahizələrlə əsaslandırıb ki, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı müxtəlif dövrlərdə atılan iftiralar bu gün də davam etməkdədir. Məruzəçi Ermənistanda yayımlanan bir neçə kitabdan konkret misallar gətirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az