Bakıda Beynəlxalq sərgi keçirilir - Yerli şirkətlər müxtəlif məhsullar təqdim edib

Bakıda Beynəlxalq sərgi keçirilir - Yerli şirkətlər müxtəlif məhsullar təqdim edib

Bakıda işə başlayan Beynəlxalq Ətraf Mühit Sərgisində yerli məhsullar da üstünlük təşkil edir.

Atv.az xəbər verir ki, Kiçik və orta biznesin inkişafı Agentliyinin təşkil etdiyi stenddə soyuq sıxma üsulu ilə hazırlanmış orqanik yağlar, ekoloji çantalar, ekoloji təmiz qida məhsulları, alternativ enerji vasitələri və digər məhsullar təqdim olunur. Bu sərgi kiçik və orta sahibkarlara öz məhsul və xidmətlərini bazarlara çıxarmağa imkan yaradacaq.

Elmar İsayev- KOBİA-nın aparat rəhbərinin müavini: “Ümumiyyətlə sərgi özü çox aktual bir mövzuya həsr olunub, çünki iqtisadiyyat və biznes və ətraf mühit bir-birinə qarşılıqlı əlaqədə olan bir məhfumdular. Bizim stenddə bu gün təmsil olunan şirkətlər məhz ekologiyanın çirklənməsinin qarşısını alan ətraf mühitin qorunmasını təmin edən metod və texnologiyalar tətbiq edən müvafiq istehsalla məşğul olan şirkətlərdilər”.

Mənbə: www.atv.az