Fəxri konsul: Azərbaycan beynəlxalq səviyyədə təklif edə biləcək imkanlara malikdir

Fəxri konsul: Azərbaycan beynəlxalq səviyyədə təklif edə biləcək imkanlara malikdir

Avstriya və Azərbaycan zəngin mədəni irsə malik ölkələrdir, ona görə də bu ölkələr arasındakı əlaqələri möhkəmləndirmək lazımdır. Lakin mədəniyyətlə yanaşı, iqtisadiyyata da diqqət ayrılmalıdır. Azərbaycan yalnız neftə və qaza deyil, həm də beynəlxalq səviyyədə təklif edə biləcək imkanlara malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Avstriyanın Sankt-Pölten şəhərindəki fəxri konsulu Andreas Köniqsberqer söyləyib.

Fəxri konsul qeyd edib ki, o, Azərbaycanı yalnız Aşağı və Yuxarı Avstriya, həmçinin Burgenland federal əyalətlərində deyil, həmçinin beynəlxalq səviyyədə də tanıtmağa çalışır.

“Hazırda Azərbaycanda iş qurmaqda maraqlı olan bir sıra beynəlxalq şirkətləri ölkəyə cəlb etmişik və onlarla əlaqə yaradırıq”, - deyən fəxri konsul bildirib ki, o, Avstriyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları ilə də mütəmadi olaraq görüşür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Mənbə: azertag.az