Amerikada "sərvət işçiləri"nin sayı artır

Amerikada "sərvət işçiləri"nin sayı artır

Amerikada zənginlərin sayı heç vaxt olmadığı qədər artıb. Onların əldə etdikləri gəlir masaj, manikür, pedikür və şəxsi məqçilər kimi xidmətlərə kifayət edir.

Orta sinif amerikalıların iş marketi kiçilsə də, ödəniş şkalasına görə yuxarı və alt qatlarda iş yerləri artır. Yuxarı təbəqənin “şıltaqlığı“ üçün yeni yaranan alt sinifdəki işçilərə bəzən "sərvət işçiləri" deyilir.

Sərvət işçiləri adətən latinolar və ya qadınlar olur. Bunlar çox vaxt ali savadı olmayan, özlərindən daha zəngin insanlara xidmət edənlərdir.

ABŞ-ın Əmək Statistikası Bürosunun bildirdiyinə görə, iş marketlərində ali savadı olmayanların sayı artmaqdadır. Gələn onillikdə bu kimi iş yerlərinin 17 faiz artacağı proqnozlaşdırılıb. Bu isə 1 milyon yeni iş yeri deməkdir.

2010-2017-ci illər ərzində maniküristlərin sayı iki dəfə, idman məşqçiləri və itləri gəzdirənlərin sayı isə 3 dəfə artıb.

Hazırda Amerikada bu kimi xidmətlərər azı 3 milyon insanın ehtiyacı var.

Ekspertləri iş yerlərinin artması deyil, bu işlərin müqabilində ödənişlərin az olduğu narahat edir.

Belə işçilər adətən xəstəlik günləri, pensiya, tətil kimi imtiyazlardan məhrumdur. Lakin eyni zamanda bu işlər yeni mühacirlərin əlindən tutur.

Amerikada işçilərin 3-də 1-i artan iqtisadiyyat adlandırlan bu sistemdə çalışır. Onların təxminən 10 faizi tam ştat işçiləridir.

Digər yarımştat işlərə Uber sürücülüyü kimi işlər daxildir.

Xidmətlərə ehtiyac həmişə olacaq. Bu iş yerləri imkanlılar və imkansızlar arasındak uçurumu hər zaman gündəmdə saxlayacaq.

Mənbə: www.amerikaninsesi.org