MƏŞHUR turizm şəhərində həyat iflic oldu - FOTO

İtaliyanın Venesiya şəhərində həyat iflic olub.

Publika.az xəbər verir ki, güclü külək və aramsız yağışlar ölkənin şimal hissəsini öz cənginə alıb. Nəticədə dəniz sularının səviyyəsi 2 metrə qədər yüksələrək şəhərin 80 faizini əhatələyib. Baş verən təbiət hadisəsi iki nəfərin həyatına son qoyub. Selin ələ keçirdiyi şəhər məktəblərində tətil elan edilib. Yanğınsöndürmə briqadasına, xüsusilə sel suları səbəbiylə evlərini tərk edə bilməyən yaşlı insanlar üçün təcili yardıma ən azı 170 müraciət qeydə alınıb.

Venesiyanın ən əhəmiyyətli tarixi binalarından biri olan San Markonun Bazilika da seldən zərər görüb. Bazilikada suyun səviyyəsi 1 metri keçib. Selin şəhərdə silinməz izlər buraxacağını söyləyən Venesiya meri Luigi Brugnaro "Baş verənlərin iqlim dəyişikliyindən qaynaqlandığını" vurğulayıb.

Aida İsaq

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək

SONRAKI XƏBƏR

Vaşinqtonda Ərdoğan - Tramp ZİRVƏSİ