Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi

Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada minlərlə insanın ölümünə yol açan Ebola virusuna qarşı hazırlanan peyvəndi ilk dəfə təsdiqləyib.

Moderator.az xəbər verir ki, açıqlamaya görə, amerikalı dərman şirkəti "Merck" tərəfindən hazırlanan və "Ervebo" adını daşıyan peyvənd ÜST-ün keyfiyyət, təhlükəsizlik və fayda standartlarına cavab verir.

Qeyd edək ki, sözügedən peyvəndin 2020-ci ilin ortalarında bazarda olması gözlənilir.

Kamran

Mənbə: moderator.az