Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR

Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR

Rusiyada bir yanacaqdoldurma məntəqəsi çimərlik geyimi ilə gələn sürücülərə pulsuz benzin verəcəyini açıqlayıb. Bunu öyrənən bəzi kişi sürücülər dərhal oraya axın edib.

Moderator.az xəbər verir ki, Rusiyanın Samara şəhərində yeni fəaliyyətə başlayan bir yanacaqdoldurma məntəqəsi özlərini tanıtmaq üçün maraqlı bir kampaniya başladıb.

Hər kəs ilk əvvəl alt paltarlı qadınların oraya üz tutacağını düşünüb. Ancaq sözügedən yanacaqdoldurma məntəqəsi sürücülərin cinsiyyətini açıqlamadığı üçün kişi sürücülərə də pulsuz benzin vermək məcburiyyətində qalıb.

Bəzi kişi sürücülər yalnız çimərlik geyimi geyinməklə kifayətlənməyərək hündürdaban ayaqqabı ilə oraya üz tutub. Sosial mediada böyük maraqla qarşılanan bu kampaniya dünya ölkələrinə yayılmasa da sözügedən yanacaqdoldurma məntəqəsi məqsədinə çatıb.

Kamran

Mənbə: moderator.az