Yeni terminlər:Homegen və Heterogen siniflər

Yeni terminlər:Homegen  və Heterogen siniflər

Kurikulum islahatının təhsilimizə tətbiq edilməsi ilə əlaqədar olaraq təhsil sahəsinə bir sıra yeni terminlər daxil olub ki,bunlardan ikisi haqqında sizə məlumat vermək istəyirəm...
Homegen sinif:
Homogen - yunan sözü olan "qomos"dan götürülmüşdü ki, o da, "eyni" mənasını verir. Sistemin daxilində fiziki halına və ya kimyəvi xassələrinə görə fərqlənən sistem hissəciklərini bir-birindən ayıran səth bölgüsü olmursa, belə sistem "homogen" sistem adlanır. Bu termin təhsil sahəsində öz lüğəvi mənasını saxlamaqla eyni intellektə malik olan şagirdlərin təhsil aldığı sinfə aid edilir. Belə ki, Təmayülləşmə tətbiq edilən və Gimnaziya tipli təhsil müəssisələrində yaradılan siniflər Homegen siniflər sayılır.
Heterogen sinif :
Heterogen- yunan sözü olan "heteros"dan götürülüb, "müxtəlif" mənasını verir. Sistem müxtəlif fiziki və ya kimyəvi xassələrə malik olan və bir-birindən səth bölgüsü ilə ayrılan hissəciklərdən təşkil olunduqda "heterogen" sistem adlanır. Təhsil sahəmizdə də bu termin lüğəvi mənasını saxlamaqla müxtəlif intelektə sahib olan şagirdlərin bir yerdə təhsil aldığı sinif anlamında işlənir.. Ümumtəhsil məktəblərində təmayülləşmə tətbiq edilməyən siniflərdə linqvistik ,riyazi məntiq,vizual məkan,musiqi-ritmik,ginestetik və naturalist kimi müxtəlif intellektlərə malik olan şagirdlər eyni sinif daxilində təhsil alırlar ki,bu cür müxtəlif intellekt və qabiliyyəti olan şagirdərin bir yerdə təşkil etdikləri sinif Heterogen sinif sayılır...
Təhsil mütəxəssisi Elşən Şükür Şəmmədli

Mənbə: aztehsil.com