“Adamı, imkanı olmayanların yolu açıldı” - Yeni qərar nə vəd edir?

“Adamı, imkanı olmayanların yolu açıldı” - Yeni qərar nə vəd edir?

Xəbər verdiyimiz kimi, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

"Yeni Sabah" bildirir ki, təhsil eksperti Kamran Əsədov bu qərarı yüksək qiymətləndirib:

“Bir neçə ildir ki, doktoranturaya qəbulla bağlı dəfələrlə çatışmazlıqları deyirdik. Bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi. Bunu özüm 2011-ci ildə BDU-da doktoranturaya imtahanda görmüşdüm

Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

Gənclərin, adamı, imkanı olmayanların yolu elmə daha da açıldı".

Sabrina Eldarqızı

Mənbə: yenisabah.az