Türkan qəsəbəsində sakinlərlə görüş - FOTO

Xəzər rayonu Türkan qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərlə görüş keçirib.

“Qafqazinfo” görüşdə rayon İcra Hakimiyyətinın əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin də məsul içiləri iştirak ediblər.

Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib.

“Açıq mikrofon” formatında ilə keçən görüşdə Xəzər RİH başçısı Elşən Salahov son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Sabahdan Azərbaycanda payız tətili başlayır

SONRAKI XƏBƏR

Müxalifətin "miqrant alveri" cəmiyyət qarşısında ifşa edildi - Deputat