Yanan binadan uşağı xilas edən FHN işçisi: "Ağlayırdı, qorxmuşdu" - FOTO

Yanan binadan uşağı xilas edən FHN işçisi: "Ağlayırdı, qorxmuşdu" - FOTO

Bu gecə Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xilasedicilər baş verəcək böyük faciənin qarşısını alıblar.

BAKU.WS
xəbər verir ki, xilasedicilər bina sakinlərini ölümdən xilas edərək təhlükə ərazisindən təxliyə ediblər. Fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotolar sosial şəbəkələrdə yayılıb.

Fotolardan birində əks olunan xilasedici Mürsəl Rüstəmovla əlaqə saxladıq.

O BAKU.WS-ə açıqlamasında bildirib ki, uşağı xilas edərkən valideynləri huşsuz idi.


“Həmin uşağı 12-ci mərtəbədən xilas etmişəm. Valideynləri huşsuz idi. Uşaq ağlayırdı, qorxmuşdu”, - deyə Mürsəl Rüstəmov bildirib.
BAKU.WS


Mənbə: baku.ws