Doğduğu günədək hamilə olduğunu bilməyib - Fotolar

Doğduğu günədək hamilə olduğunu bilməyib - Fotolar

Avstraliyanın Melborn şəhərində yaşanan hadisə hər kəsi heyrətləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nişanlısı ilə birlikdə yaşayan model Erin Lenqmeid hamiləliyindən xəbərsiz olub. Bir səhər hamam girən 23 yaşlı gənc qız anidən yerə yıxılaraq, qışqırmağa başlayıb.

"Erinin bağırtsını eşitdim, tez yanına qaçdım. Hamam girdiyim zaman dəhşətə gəldim. O, doğurdu. Onu götürüb dərhal xəstəxanaya qaçdım. Ora çatdıqdan bir neçə dəqiqə sonra qızımız doğuldu" deyə, nişanlısı bildirib.

3,4 kiloqramlıq qız uşağı dünyaya gətirən qadın doğduğu anadək hamilə olduğunu bilmədiyini, bədən ölçülərinin dəyişmədiyini söyləyib.

"Qidalanmağıma da fikri vermirdim. Siqaret çəkirdim, içki içirdim. Hamilə olduğumu bilsəm, əsla etməzdim" deyə, Erin bildirib.

Mütəxssislər hər 500 qadından birinin 20-ci həfəyədək hamiləliklərindən bixəbər olduunu deyib. Hər 2500 qadından biri isə doğum başlayanda ana olacaqlarını anlayırlar.

           

Mənbə: axsam.az