“Ölkəmizin tolerantlıq düzənini kimsə poza bilməz”

“Ölkəmizin tolerantlıq düzənini kimsə poza bilməz”

Dünyanın milli və dini tolerantlıq mərkəzi olan ölkəmiz daha bir uğuruna imza atdı, Dünya dini liderlərinin II Sammitinə uğurlu ev sahibliyi etməklə, bir daha dünyadakı yerini, nüfuzunu, çəkisini artırdı, möhkəmləndirdi, gücləndirdi. Sübut etdi ki, milli və dini tolerantlıq mərkəzi funksiyasını sözdə, bəyanatda deyil, əməldə, reallıqda gerçəkləşdirir. Tolerantlıq, bütün dinlərə, konfessiyalara, onların daşıyıcılarına, bütün millətlərə, xalqlara, etnik qruplara dözümlü, xoşməramlı, insanpərvər və sülhpərvər münasibət onun ruhundan, varlığından qaynaqlanır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili sonra qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən Sammitə qatılması, onların Sammitdə iştirak edən və müxtəlif ölkələrdən gələn dini liderlərin başçılıq etdiyi nümayəndə heyətləri son dərəcədə səmimi görüşləri, dövlət başçısının Sammitdə tarixi və parlaq çıxışı tədbiri xüsusi rəng və gözəllik qatmış oldu.

“Bu gün dünyanın hər bir guşəsinə, yaxın və uşaq qonuşlarımızın çoxuna baxsaq görərik ki, orada dini zəmində problemlər yaşanır. Hətta, bəzi ölkələrdə dini zəmində, dini müstəmizdə çox ciddi, çox güclü qarşıdurmalar mövcuddur. Ksenofobiya, İslamafobiya, antisemitizm meylləri getdikcə güclənir. Xüsusilə də, Avropa ölkələrində, özlərini hər biri məsələdə mükəmməl sayan Qərb dövlətlərində ksenofobiyanın, İslamafobiyanın güclənməsi, təhlükəli tendensiyaya çevrilməsi günümüzün xoşagəlməz reallıqlarından, yaşantılarındadındır. Ksenofobiyadan, İslamafobiyadan, antisemizimdən xeyli sayda əziyyət çəkən insanlar var.

Amma çox sevindirici və əlamətdar haldır ki, Azərbaycanda nə milli, nə də dini zəmində qarşıdırma var . Bütün dünlərin və konfessiyaların daşıyıcıları min illər ərzində bu torpaqlarda birgə, dinc yanaşı, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar, yaşayırlar və bundan sonra da birgəliklərini, birgəyaşayışlarını davam etdirəcək, sürdürəcəklər. Bu günə kimi kiməsə Azərbaycanda dini və mili zəmində qarşıdurma yaratmaq nəsib olmayıb, bundan sonra da nəsib olmayacaq.

Dövlət, hökumət səviyyəsində Azərbaycanda milli və dini torenantlıq mühitinin qorunub-saxlanılması, gücləndirilməsi gərəkən nələr lazımdırsa, nələr tələb olunursa, hamısı edilib, reallaşdırılıb. Eyni zamanda, bu yöndə qanunvericilik bazasının formalaşdırılması üçün bütün addımlar atılıb, ən mükəmməl şəkildə “Dini etiqad azadlğı haqqında” qanun qəbul olunub və vaxtaşırı olaraq, ona dövrün, zamanın reallıqlarından irəli gələrək, dəyişikliklər edilib, təkmilləşdirmələr aparılıb.

Bu gün Azərbaycan dünyanın əsl milli və dini tolreantlıq mərkəzi, məkanıdır. Ölkəmiz bu məsələlərdə dünya üçün bir model və örnəkdir. Bunu da təkcə biz demirik, biz iddia etmirik, bunu dünya dövlətləri, beynəlxalq təşkilatlar, onların təmsilçiləri deyir, etiraf edirlər. Bu, bizim uğurumuz, üstünlüyümüz, qələbəmizdir. Bu, dəyəri milyardlarla, trilyadlarla ölücülməyəcək, maddiyyatla ölçülməyəcək mənəvi sərvətimizdir.

Necə deyərlər, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük dəyərimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaq.

Ölkə prezidenti cənab İlham Əliyevin Sammitdə vurğuladığı kimi, bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də birmənalı təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir, eyni zamanda, dinlərarası münasibətlər bizim gücümüzü artırır və bundan sonra da artıracaq. Dünya dini liderlərinin II Sammiti bunun daha bir təminatı oldu”-deyə, E. Səlimov bildirib.

Millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da hesab edir ki, Azərbaycan Dünya dini liderlərinin II Sammitinə uğurlu ev sahibliyi etməklə, bu tədbiri ən möhtəşəm şəkildə gerçəkləşdirməklə özünün imzalar içində imzasını bir daha var və əbədiyaşar etdi.

“Bəlkə də bu məsələlər, ölkəmizin son illər ərzində demək olar ki, hər ay, hər həftə dünya miqyaslı, taleyüklü məsələlərin müzakirəsinə həsr olunmuş beynəlxalq və regional forumlara, sammitlərə ev sahibliyi etməsi kimlərəsə, diletantlara adi, sıradan məsələlər kimi görünə bilər. Amma əsla və əsla belə deyil. Bunlar illər ərzində, istər ikinci müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin, istərsə bütün məsələlərdə və sahələrdə onun siyasətinin layiqli davamçısı ölkə Prezidentim İlham Əliyevin 16 illik hakimiyyəti dövründə həyata keçirilən siyasətin, inkişafın, tolerantlığın bəhrələri, töhfələri, nəticələridir.

Bunlar uzun illər zərgər dəqiqliyi və uzaqgörənliklə düşünülürək reallaşdıralan böyük bir prosesin həlqələri, elementləridir. Bunlar heç cür sıradan, adi məsələlər deyil. Bunlar əslində fərx edilməli, qürur duyulmalı hadisələr, məsələlərdir. Hər birimiz bunlardan qürurlanmalı, fəxr və iftixar hissi keçirməliyik. Əslində ölkə vətəndaşlarının mütləq əksəriyyəti də məhz bu cür davranış sərgiləyirlər, bu mövqedən çıxış edirlər.

Eyni zamanda, əgər inkişaf, təhlükəsizlik, sabitlik, tolerantlıq olmasaydı, ölkəmizə də bu qədər etibar və etimad edilməz, güvənilməzdi, ölkəmiz görməzdən gəlinərdi. Çünki dünya miqyaslı, dünya narahat edən məsələlərin müzakirəsi, ev sahibliyi o ölkələrə etimad və etibar edilir, o ölkələrdə reallaşdırılır ki, orada sabitliyin, təhlükəsizliyin, inkişafin, tolerantlığın bütün şərtləri təmin edilmiş olsun. Yalnız bu şərtlər daxilində dövlətlərə üstünlük verilir, etimad edilir. Çox sevindirici və əlamətdar haldır ki, bu şərtlərin hər biri ölkəmizdə var, ölkəmiz bu şərtlərin hər birinə cavab verir. Ona görə də son illərdə dünya üçün önəmli məsələlərin müzakirəsi üçün nəzərdə tutulan siyasi, iqtisadi, mədəni, humanitar, hərbi, dini təbdirlər məhz ölkəmizə salınır, ölkəmizin uğurlu və layiqli ev sahibliyi ilə müzakirə edilir, reallaşdırılır.

Bu gün ölkəmizdə əsl nümunə və örnək dini- milli tolerantlıq mühiti hökm sürür. Bu, hər zaman, min illiklər boyu mövcud olub, bu gün də belədir, bundan sonra belə olacaq. Kimsəyə, heç bir gücə ölkəmizin milli və dini tolerantlıq düzənini pozmaq müyəssər ola bilməz və olmayacaq. Heç kim hansısa məkrli ssenari ilə ölkəmizdə milli və dini zəmində öz murdar niyyətini gerçəkləşdirə bilməyəcək, necə ki, indiyə qədər gerçəkləşdirə, bacara bilməyib. Belələri hər dəfə xəyal qırıqlığına, fiaskoya uğrayıblar. Çünki Azərbaycan xalqı və dövləti ilk növbədə buna imkan verməyib və bundan sonra da imkan verməyəcək.

Cənab Prezidentin də Sammit zamanı çıxışında bəyan etdiyi kimi, Bakıda, Azərbaycanda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri var. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib.

Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar, yaşayırlar, yaşamaqdadırlar və bundan sonra da birgə yaşayacaqlar. Bir sözlə, ölkəmiz hələ uzun illər və əsrlər boyu dünyanın milli, həm də dini tolerantlıq mərkəzi kimi olaraq qalmaqda davam edəcək”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Mənbə: moderator.az