Qəhrəman şəhidimiz Təbriz Talıbov - VİDEO

Qəhrəman şəhidimiz Təbriz Talıbov - VİDEO

Vətən müharibəsində canından keçən qəhrəman hərbçilərdən biri də Təbriz Talıbov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Təbriz Məhərrəməli oğlu Talıbov 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olub.

Ailədə 6 uşaqdan biri olan Təbriz orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə gedib. 2014-ci ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında kiçik çavuş rütbəsində müddətdən artıq hərbi xidmətə başlayıb. Nümunəvi xidmətinə görə kiçik çavuş Təbriz Talıbov daha sonra kiçik gizir rütbəsi ilə xidmətini davam etdirib.

Təbriz Talıbov sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində də göstərdiyi qəhrəmanlıq və şücaəti ilə fərqlənib. Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Kiçik gizir Təbriz Talıbov oktyabr ayının 23-də Zəngilan rayonunun Ağbənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

26 yaşında ən uca zirvəyə, şəhidlik məqamına yüksələn Təbriz Talıbov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Mənbə: news.milli.az