Bu da ABŞ-ın incisi ÇƏHRAYI ALMA - FOTO

Bu da ABŞ-ın incisi ÇƏHRAYI ALMA - FOTO

ABŞ-da çəhrayı alma yetişdirilir.

Milli.Az xəbər verir ki, 1944-cü ildə Kaliforniyalı fermer Albert Etter tərəfindən yetişdirilən bu qeyri-adi alma növü "Çəhrayı İnci" adlanır.

Meyvə çox iştahaaçan və şirindir. İçindəki qarışıq qreypfrut və moruq tamı ona xüsusi bir dad verir. Bu qeyri-adi almanın qabığı şəffaf, üzərində ağ çilləri olan açıq yaşıl rəngdədir.

"Çəhrayı inci" öz gözəlliyi ilə istənilən masanın bəzəyinə çevrilə bilər. Bu çəhrayı alma əsasən Amerikada - Kaliforniya bağlarında, həmçinin Vaşinqton və Oregon ştatlarında yetişdirilir. Meyvə avqustun sonuna qədər yetişir, elə həmin aydan da onun yığımı başlayır. (ölkə.az)

Milli.Az

Mənbə: news.milli.az