Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az