Sumqayıtda helikopterlərdən bildiriş atılacaq – SƏBƏB

Sumqayıtda helikopterlərdən bildiriş atılacaq – SƏBƏB

Sumqayıtın 70 illik yubileyi münasibəti ilə noyabrın 19-da şəhərdə keçiriləcək bayram tədbirindən bir gün öncə daha bir yeniliyə imza atılacaq.

Xeberle.com-un məlumatına görə, noyabrın 18-də şəhərin əsas mərkəzi hissələrindən helikopterlər uçuş həyata keçirəcək və yerə bildirişlər atılacaq. Bildirişlərdə şəhərin 70 illiyi münasibəti ilə sakinlər keçiriləcək bayram tədbirinə dəvət ediləcək.

Xatırladaq ki, Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.

Mənbə: xeberle.com