Məktəb direktorları nə qədər maaş alır?

Məktəb direktorları nə qədər maaş alır?

Nazirlər Kabineti bu il dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan direktor və müavinlərinin vəzifə maaşları ilə bağlı qərar qəbul edib. 2019-cu il, martın 1-dən qüvvəyə minən qərara görə, direktorların aylıq vəzifə maaşları artırılıb.

"Yeni Sabah" azedu.az-a istinadən xəbər verir ki, indiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat idi. Dəyişiklikdən sonra direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb.

Qey edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqdaisəbu müddət 3 il müəyyən edilir.

Mənbə: yenisabah.az