Azərbaycan alimi II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri konfransında məruzə ilə çıxış edib

Azərbaycan alimi II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri konfransında məruzə ilə çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Türkiyənin Antalya şəhərində keçirilən II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri konfransında iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi və “Türk Egitim Sen” Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Konfransda ölkəmizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti təmsil edib. Heyətə daxil olan AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Akif Cahangirov tədbirdə “Avtomobil nəqliyyatında hibrid texnologiyalarının inkişafının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Mənbə: azertag.az